Amerika

Nyu-York səmasında 11 sentyabr hadisələrini simvolizə edən iki işıq sütunu - VİDEO

10 Sentyabr 2021 14:38
0 Şərh     Baxış: 1 138
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-Yorkda 2001-ci il 11 sentyabr tarixində ABŞ-da törədilən terror aktlarının xatirəsinə təşkil edilən "Tribute of Light"("İşığın mükafatı") mərasiminin məşqləri keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli sakinlər tərəfindən çəkilən videoda 11 sentyabr 2001-ci ildə terrorçular tərəfindən məhv edilən əkiz qüllələri simvolizə edən iki işıq sütununun göyə qalxdığı görünür.

"Tribute of Light" mərasiminin əsas hissəsi sentyabrın 11-dən 12-nə keçən gecə baş tutacaq.

Xatırladaq ki, 2001-ci ilin sentyabrın 11-də "Əl-Qaidə" terror təşkilatı Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində irimiqyaslı terror hadisəsi törədib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.