Konqres binasına basqında iştirak edən şəxs Pentaqonda işə götürüldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2021-ci ilin yanvarında ABŞ Konqres binasına - Kapitoliyə basqında iştirak etdiyinə görə məhkum olunmuş şəxs Pentaqonun terrorla mübarizə bölməsində işə qəbul edilib.
Milli.Az xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 19 yaşı olan Elias Irizarry basqında iştirak etdiyinə görə 14 sutka həbs cəzası alıb. Hazırda o, Pentaqonun Xüsusi Əməliyyatlar və Aşağı İntensivli Münaqişələr İdarəsinin (OSLC) terrorla mübarizə şöbəsində fəaliyyət göstərir.
Nəşrin həmsöhbətləri bildiriblər ki, bu təyinat bəzi əməkdaşlar arasında narahatlıq yaradıb. Onların fikrincə, ABŞ demokratiyasına qarşı yönəlmiş hadisədə iştirak etmiş bir şəxsin belə məsul vəzifəyə gətirilməsi suallar doğurur.
Qeyd olunur ki, həmin şöbə səfirliklərin mühafizəsi, girovların xilas edilməsi və digər həssas əməliyyatlarla məşğul olur. Bölmədəki vəzifələrin əksəriyyəti məxfi məlumatlara çıxış icazəsi tələb edir.
Pentaqonun mətbuat katibinin vəzifəsini icra edən Joel Valdez isə İrizarrini "ixtisaslı və vətənpərvər gənc mütəxəssis" kimi xarakterizə edib.
İstintaq materiallarına əsasən, İrizarri iki dostu ilə birlikdə Kapitoliyə daxil olub və bu iş üzrə ən gənc təqsirləndirilən şəxslərdən biri sayılıb. O, sonradan günahını etiraf edib, əməlindən peşman olduğunu bildirib və həlak olmuş bir neçə polis əməkdaşının ailəsindən üzr istəyib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
-
Tramp yenidən prezident olmaq istədiyini bildirib
-
Konfrans Liqası: “Neftçi” "Dinamo"ya qarşı
-
Trampdan İrana xəbərdarlıq:"Əsgərimizin qisası dəfələrlə artıq alınacaq"
-
İran bizdən xahiş etdi, biz də razılaşdıq - Tramp
-
Vaşinqton İrana qarşı yeni əməliyyata tam hazır vəziyyətdədir
XƏBƏR LENTİ
-
Qarabağ suvarma kanalında bir nəfər batıb
-
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
-
Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
-
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
-
“Kəpəz” heyətinə daha bir futbolçu cəlb etdi
-
Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi
-
Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına salındı
-
Doktorantura üzrə hüquq ixtisaslarının siyahısı genişləndirildi
-
Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə...
-
Əli Əsədovdan Kərim Kərimovla bağlı qərar
-
İrana silah tədarükü iddiasına Çindən cavab gəldi
-
"Qarabağ", "Zirə" və "Neftçi" meydana çıxır - Oyun saatları bəlli oldu
-
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib - (Foto)
-
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA hücumuna məruz qalıb
-
Müjgan həbs edildi
-
Azərbaycanda külək güclənib - Faktiki hava açıqlanıb
-
1300-dən çox işləyən pensiyaçının pensiyası artırıldı
-
Üzdəki sızanaqları sıxmaq niyə təhlükəlidir?
-
Rusiya ordusu Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
57 kq narkotik vasitə və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarılıb - (Video/Foto)
-
ABŞ-ın İordaniyadakı bazasında 3 F-35 məhv edilib
-
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
-
"Behzat Ç" saxlanıldı - (Yenilənib)
-
"Sabah"ın matçının hakimləri bəlli oldu





