Tramp hədələdi: "O, rəhbər seçilsə, yardımı kəsəcəyik" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp İraqda keçmiş baş nazir Nuri əl-Malikinin yenidən hakimiyyətə gəlmə ehtimalına kəskin reaksiya verib. Tramp bildirib ki, Malikinin rəhbərliyi dövründə İraq xaos və yoxsulluğa sürüklənib və ABŞ bu ssenarinin təkrarlanmasına icazə verməyəcək.
Milli.Az xəbər verir ki, prezident Tramp öz sosial media platformasında paylaşım edərək Malikinin namizədliyini tənqid edib: "Eşidirəm ki, İraq yenidən Nuri əl-Malikini baş nazir təyin etməklə çox pis seçim edə bilər. Maliki hakimiyyətdə olduğu sonuncu dövrdə ölkə yoxsulluğa və tam bir xaosa sürüklənmişdi. Bunun yenidən baş verməsinə imkan verilməməlidir."
Tramp açıq şəkildə bəyan edib ki, əgər Maliki baş nazir kürsüsünə oturarsa, ABŞ İraqa göstərdiyi bütün yardımları dayandıracaq. O, paylaşımını özünəməxsus "İraqı yenidən böyük edək" (Make Iraq Great Again) şüarı ilə tamamlayıb.
İraqda 11 noyabr 2025-ci ildə keçirilən ümumi seçkilərdə qalib gələn və İranla sıx əlaqələri olan Şiə partiyalarından ibarət Koordinasiya Çərçivəsi (Meclisin ən böyük qrupu) Nuri əl-Malikini baş nazirliyə namizəd göstərib.
27 yanvar tarixində keçirilməsi planlaşdırılan prezident seçkisi kvorum (kifayət qədər deputat iştirakı) alınmadığı üçün təxirə salınıb.
İraq konstitusiyasına görə prezident kürdlər tərəfindən seçilməlidir, lakin KYB və KDP partiyaları vahid namizəd üzərində razılığa gələ bilmirlər.
Nuri əl-Maliki 2006-2014-cü illərdə İraqın baş naziri olub.
Onun dövrü məzhəbçi siyasət yürütmək, Sünni əhalini kənarlaşdırmaq və İŞİD-in ölkədə güclənməsinə şərait yaradan təhlükəsizlik boşluqları ilə yadda qalıb.
İranın dəstəklədiyi milis qrupları ilə sıx əlaqələri olan "Qanun Dövləti" koalisiyasının lideridir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - Özü açıqladı - (Video)
-
Ceyranbatan gölündən meyit tapılıb? - Rəsmi açıqlama
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)





