Sürücüsüz avtomobillər niyə yandırılır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Los-Anceles şəhərində qeyri-adi və bir qədər də tragikomik hadisə baş verib. Etirazçılar süni intellektlə idarə olunan sürücüsüz avtomobillərə qarşı aksiyalar keçirərək onlara hücum ediblər.
Milli.Az xəbər verir ki, iğtişaşçılar miqrasiya ilə bağlı yeni qanun layihəsinə etiraz əlaməti olaraq "Waymo" şirkətinə məxsus avtonom avtomobilləri hədəfə alıblar. Aksiya nəticəsində bir neçə nəqliyyat vasitəsi zərər görüb.
Məsələ o qədər geniş rezonansa səbəb olub ki, ABŞ Prezidenti də münasibət bildirməyə məcbur qalıb. O, etirazçıları bölgədə sabitliyi pozmaqda və maddi maraq güdməkdə ittiham edib.
Qeyd edək ki, bu, "Waymo" avtomobillərinə edilən ilk hücum deyil. Daha əvvəl də etirazçılar bu maşınları yandırmaq və sıradan çıxarmaq cəhdləri ilə gündəmə gəlmişdilər.
Hadisənin kökündə bir neçə səbəbin dayandığı bildirilir. Yerli mətbuatın yazdığına görə, bəzi etirazçılar bu avtomobillərin şəhər yollarında əlavə tıxac yaratdığını iddia edir. Digərləri isə onları hüquq-mühafizə orqanları ilə əlaqələndirir. Bildirilir ki, daha əvvəl baş vermiş aksiyalar zamanı polis "Waymo" avtomobillərinin kameralarından əldə edilən görüntülərdən istifadə edib. Bu səbəbdən də bəzi etirazçılar bu texnologiyanı nəzarət vasitəsi kimi qəbul edərək, onların məhv edilməsini dəstəkləyib.
Hadisə sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub. Bəzi istifadəçilər etirazçıları qınasa da, digərləri onları haqlı sayaraq bu cür addımların səbəblərini əsaslandırmağa çalışıblar.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
Tualetdən gec çıxan azərbaycanlı döyüldü
-
Azərbaycanda 4.3 ballıq zəlzələ oldu





