Amerika

ABŞ Şimali Koreyaya XƏBƏRDARLIQ ETDİ

17 Dekabr 2023 00:18
Baxış: 2 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər KXDR Cənubi Koreyaya qarşı nüvə silahından istifadə edərsə, o zaman dərhal və sarsıdıcı cavab özünü çox gözlətməyəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-Cənubi Koreya Nüvə Planlaması üzrə Məsləhət Qrupu məlumat yayıb.

"Birləşmiş Ştatlar Koreya Respublikasına Amerikanın bütün imkanları, o cümlədən nüvə imkanları ilə dəstəklənən geniş çəkindirmə təmin etmək öhdəliyini bir daha təsdiqləyib", - Qrupun birgə bəyanatında deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, KXDR tərəfindən ABŞ və ya onun müttəfiqlərinə qarşı istənilən nüvə hücumu "Kim Çen In rejiminin sona çatmasına gətirib çıxaracaq".

Bundan əvvəl Şimali Koreya ABŞ-ı "kosmosdakı işinə hücumlar" səbəbilə təhdid edib. Xüsusilə Şimali Koreya bildirmişdi ki, "ABŞ-ın kosmik fəaliyyətə hər hansı müdaxiləsinə cavab olaraq, Amerika kəşfiyyat peyklərinin həyat qabiliyyətini zərərsizləşdirəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.