Dünya

Hava limanında lüt kişi qadın ayaqyolundan qaçdı

23 Noyabr 2014 20:16
0 Şərh     Baxış: 2 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Boston şəhərindəki Loqan hava limanında lüt kişi qadın ayaqyolundan qaçaraq çıxıb və qoca vətəndaşa hücum edib.
 

Milli.Az Associated Press-ə istinadən bildirir ki, 26 yaşlı Kemeron Şenk həbs olunub. O, qətlə cəhd, ağır xəsarət yetirmək, hücum, polisin döyülməsi, əxlaqsız davranış və əmlaka bilərəkdən ziyan vurmaqda suçlanır.
 

Şahidlərin dediklərinə görə, lüt Kemeron Şenk qadın ayaqyoluna tavandan düşüb.

O, qaçaraq ayaqyolundan çıxanda 84 yaşlı qoca kişiyə hücum çəkib. "Qurban"ının qulağını dişləyən Şenk sonra qocanı elə öz əsası ilə boğmağa çalışıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.