Dünya

Yataq otağına kamera yerləşdirdi: oğrunun kim olduğunu görəndə ŞOK OLDU - VİDEO - FOTO

16 May 2017 17:44
1 Şərh     Baxış: 31 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Adana şəhərində ilginc oğurluq hadisəsi qeydə alınıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Seyhan mahalında baş verən hadisədə Fatih K.-nin yataq otağından 1.5 il ərzində 15 min manat dəyərində qızıl və pul oğurlanıb. Oğruyla bacara bilməyən Fatih K. yataq otağına gizli kamera yerləşdirib. Fatih K. evə gəlib axşam görüntüləri izlədikdə bir qadının yataq otağına girərək paltar şkafından içində pul olan pulqabını götürdüyünü görüb. Görüntüyə diqqətlə baxdıqda qadının alt mərtəbədəki qonşusu Dilek A. olduğunu müəyyən edib.

Fatih K. polisə müraciət etməmişdən əvvəl Dilek A. -nın həyat yoldaşını çağırıb zərərin ödənməsini istəyib. Fatih K. aradan vaxt keçməyinə baxmayaraq zərərinin ödənmədiyinə görə görüntülərlə polisə müraciət edib.

Polis Dilek A.-nı nəzarətə götürüb. Fatih K.-nin polisə ifadəsində Dilek A.-nın evə qəhvə içmək bəhanəsi ilə gəlib mətbəxdə həyat yoldaşının telefonunu oğurladığını deyib. Zərərçəkmiş şəxs oğrunun daha sonra telefonla danışmaq bəhanəsiylə yataq otağına gedib oğurluq etdiyini söyləyib.

Bundan əlavə Fatih K. Dilek A. və qardaşının evlərinə gələrək onları təhdid və təhqir etdiyini də qeyd edib. Dilek A. həm təhdid və təhqir, həm də oğurluqda təqsirləndirildiyi üçün barəsində istintaq başlanılıb. 

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yataq otağına kamera yerləşdirdi: oğrunun kim olduğunu görəndə ŞOK OLDU

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.