Dünya

Yezidilər Ermənistanı tərk edəcəklər - Etirazlar başladı

16 May 2017 14:31
2 Şərh     Baxış: 1 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yezidi Milli Birliyi" təşkilatının sədri Aziz Tamoyan Ermənistanda məktəblərin optimallarşdırılmasına etiraz edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Tamoyan bu gün jurnalistlərlə keçirdiyi görüş zamanı öz narahatlığını bildirib.

O, Ermənistan məktəblərində optimallaşdırılmanın yezidilərin Ermənistanı tərk etməsi ilə nəticələnəcəyini deyib.

"Ermənistanda yezidi icması böyükdür. Araqatsodi vilayətinin bir neçə kəndində yezidilər kompakt yaşayırlar. Ümumən beş məktəb işləyir, əgər icmalar birləşdirilsə, nəticədə müəllimlər işsiz qalacaq. Bu, köçə gətirib çıxaracaq", - Tamoyan deyib.

Tamoyan, həmçinin qeyd edib ki, məktəblərin optimallaşdırılması yezidləri savadsızlaşdıracaq və valideynlər qızlarını digər kənd məktəblərinə göndərməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.