Dünya

Ruhi xəstə qadın polisə hücum etdi - VİDEO

27 Aprel 2017 19:54
3 Şərh     Baxış: 1 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın Almatı şəhərində ruhi-əsəb xəstəxanasının pasienti şəhər məktəblərindən birinin ərazisində qadın polisə hücum edib. İnsident şahidlər tərəfindən videoya çəkilib.

Milli.Az salamnews-a istinadən xəbər verir ki, qara dəri plaş geymiş şəxs əvvəlcə futbol oynayan məktəbliyə sataşıb. Ətrafdakı şəxslər və məktəbin sahə müvəkkili onu sakitləşdirməyə çalışıblar. Polis əməkdaşı uşaqdan əl çəkməsini ondan tələb edərkən şəxs hüquq mühafizəçisini təhqir edib, onu itələyərək üzərinə hücum çəkib.

Hazırda faktla bağlı istintaq aparılır. Məktəb mühafizəçisinin səhhəti üçün həyati təhlükə olmadığı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Ruhi xəstə qadın polisə hücum etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.