Dünya

Məşhur müğənni səhnədə yıxıldı - VİDEO

20 İyun 2016 17:37
13 Şərh     Baxış: 2 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müxtəlif olaylarla gündəmdən düşməyən Castin Biber yenə xəbər mövzusu olmağı bacarıb. Fanatları ilə heç cür yola getməyən məşhur müğənni bu dəfə səhnədən yıxılıb.

Milli.Az atv.az-a istinadən bildirir ki, olay müğənninin Kanadada baş tutan konserti zamanı yaşanıb. Fanatları qarşısında şou göstərən 22 yaşlı müğənni bir anda səhnədən yıxılıb. "Pişik kimi ayaqlarımın üzərinə yıxıldım", - deyən gənc ulduz çox qorxduğunu da gizlətməyib.

Başı qalmaqallardan ayılmayan Castin Biber bir müddət öncə onunla şəkil çəkdirmək istəyən fanatı ilə əlbəyaxa dava etmişdi. Hətta fanat məşhur müğənnini bu kobudluğuna görə məhkəməyə verəcəyini açıqlamışdı. Səhnədən yıxıldığını eşidənlər bunun Castinə yaxşı dərs olacağını düşünür. Bəlkə, müğənni son zamanlar sənətindən çox vaxt ayırdığı qalmaqallara son qoyar.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Castin Biber səhnədə yıxıldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.