Dünya

Ərdoğan: "Türkiyə həmişə Azərbaycanı dəstəkləyəcək"

4 Aprel 2016 18:43
11 Şərh     Baxış: 5 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə həmişə Azərbaycanı dəstəkləyəcək. Trend "TRT Haber" kanalına istinadən məlumat verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Azərbaycan Türkiyə üçün qardaş ölkədir.

Qardaş ölkənin prezidenti bildirib: "Əminəm ki, azərbaycanlı qaçqınlar tez, ya gec öz əzəli doğma torpaqlarına qayıdacaqlar".

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.