Dünya

Rusiyadan Türkiyəyə qarşı ağır suçlama

4 Fevral 2016 23:11
1 Şərh     Baxış: 1 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə-Suriya sərhədində baş verən hadisələr Ankaranın Suriyaya hərbi müdaxiləsi üçün intensiv hazırlığın getməsindən xəbər verir".

Milli.Az anspress-ə istinadən bildiir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Rusiya buna şübhə etmək üçün ciddi əsaslara malikdir.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində aktiv fəaliyyətinə gizli hazırlığın əlamətləri gündən günə daha çox görünür.

Konaşenkovun sözlərinə görə, daha əvvəl Rusiya Müdafiə Nazirliyi dünya ictimaiyyətinə Türkiyə artilleriya qurğularının Suriyanın Latakiya bölgəsində yaşayış məntəqələrini atəşə tutmasını əks etdirən kadrları təqdim edib.

"Biz buna təəccüblənirik ki, Pentaqon, NATO və Suriyada insan haqlarını müdafiə edən təşkilatların nümayəndələri bu hərəkətlərə reaksiya vermək əvəzinə susurlar", - deyə MN nümayəndəsi bildirib.

Rusiya Müdafiə Nazirliyinin Yaxın Şərq regionunda kəşfiyyatı daha da gücləndirdiyini deyən Konaşenkov deyib ki, Ankarada kimsə Rusiya müşahidəçilərinin uçuşunu təxirə salmaqla nəyinsə gizlətməyi mümkün olacağını düşünürsə, bu, qeyri-peşəkarlıqdır.

Rusiya Müdafiə Nazirliyi Türkiyənin baş naziri Əhməd Davudoğlunun Londonda "Suriyaya və regiona dəstək" konfransında çıxışndan sonra bu iddia ilə çıxış edib. Davudoğlu çıxışında Rusiya ilə ABŞ arasında Suriya üzrə keçirilən görüşlərin heç bir nəticə vemədiyini bildirib.

"Bu bizi daha çox narahat edir. Çünki hər görüşdən sonra Rusiya Suriyada daha çox hücumlar təşkil edir. Moskvadan bununla bağlı açıqlama gözləyirik", - Davudoğlu bildirib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.