Dünya

Ermənistanda etiraz aksiyası keçirilib

1 Mart 2015 21:12
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İrəvanda Ermənistan Milli Konqresi etiraz aksiyası keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, mitinq Sarkisyan hakimiyyətinin 2008-ci ildə 2008-ci ildə qətlə yetirdiyi ermənilərin xatirəsinə həsr olunub.

Aksiyanın aparıcısı olan Aram Manukyan deyib ki, yeddi il əvvəl bu gün Ermənistan hakimiyyəti silahsız xalqa hücum edib: "Ermənistanda iki gün qırğınlar davam etdi. 10 nəfər öldü, 150 nəfərdən çox insan yaralandı və o gündən bəri ölkədə avtoritar rejim quruldu. Bu faciənin təşkilatçıları və icraçıları isə hələ də cəzasız qalıblar".

Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan isə çıxışında martın 1-nin Ermənistan üçün "milli yas, etiraz və dövlət terroru günü" olduğunu qeyd edib və hazırkı hakimiyyəti "xalqın qanı üzərində qurulduğunu" qeyd edib. 

Xatırladaq ki, 19 mart 2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirilib və ölkənin Mərkəzi Seçki Komissiyası o zamankı baş nazir Serj Sarkisyanın qalib gəldiyini elan edib.

Müxalifət isə nəticələrlə razılaşmayaraq, fevralın 20-dən fasiləsiz etiraz aksiyalarına başlayıb. 1 mart 2008-ci ildə Ermənistan xüsusi təyinatlıları İrəvanın Azadlıq meydanında keçirilən mitinqini dağıdıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meydanda qurulmuş çadırları yığışdırıblar, aksiyanın dağıdılması zamanı dəyənəklərdən, gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə olunub.

Toqquşmalar nəticəsində 10 nəfər ölüb, 150-dən çox aksiya iştirakçısı yaralanıb.

Hadisələrdən dərhal sonra Ermənistanda 20 günlük fövqəladə vəziyyət elan olunub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.