Dünya

Dağıstanda rüşvətə qarşı komissarlar

2 İyul 2015 22:40
0 Şərh     Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstan rəhbəri Ramazan Abdulatipov korrupsiyaya qarşı forumda çıxış edərək təklif edib ki, respublikada "korrupsiyaya qarşı komissarlar" idarəsi yaradılsın.

Milli.Az BBC-yə istinadən bildirir ki, komissarlar Dağıstan hökumətinin müvafiq departamentinin tabeliyində olacaq, lakin onlar "açıq şəkildə seçilməlidir", Abdulatipov deyib.
Abdulatipov yeni idarənin işçilərinin hansı hüquqlara malik olmaları barədə heç nə deməyib.
O həmçinin respublika hökumətinin korrupsiyaya qarşı atdığı addımlar barədə hesabat verib.
"Respublikanın təmizlənməsi üçün ciddi addımlar atılır: bir sıra idarələrin rəhbərləri öz vəzifələrindən azad olunub, bu sıraya güc strukturları da daxildir. Son dövr ərzində təxminən rayon və şəhər prokurorlarının 50 faizi dəyişdirilib", Abdulatipov bəyan edib.
"Sabaha saxlamamaq şərtilə qanun-qayda yaratmaq lazımdır, yoxsa respublika 2-3 il bundan əvvəl biz üzləşdiyimiz vəziyyətə qayıda bilər. Bu o vaxt idi ki, Dağıstan pul bölgüsü üzündən faktiki olaraq dərin böhran astanasında idi", o deyib.
2013-cü ildə Hesablama Palatası Mahaçqala büdcəsinin həyata keçirilməsində bir neçə milyonluq hüquq pozuntusu aşkar edib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.