Dünya

Adnan Oktar ermənilərə "qardaş" deyir - VİDEO

20 Dekabr 2014 11:13
5 Şərh     Baxış: 3 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin Kanal 9 televiziyasının sahibi, məşhur din xadimi Adnan Oktar ermənilərlə türklərin qardaş olduğunu iddia edib. Kanalda müəllifi olduğu proqramda daim yarıçılpaq qadınların əhatəsində olan Adnan Oktar növbəti verilişində qonaq olan Ermənistanın Regional Araşdırmalar Mərkəzini direktoru Riçard Qiraqosyanla söhbətində erməniləri çox sevdiyini vurğulayıb: "Osmanlı vaxtında sizə sadiq millət deyirdik. Siz bizim bir parçamızsınız. Sizləri canımız qədər çox sevirik. Osmanlı dövründə erməni əsilli sənətkarlar, həkimlər, hətta yüksək rütbəli paşalar var idi. Aramızı vurmağa çalışdılar, amma yenidən keçmiş gözəl günlərə qayıdacağıq".

Milli.Az APA TV-yə istinadən xəbər verir ki, Ermənistanla sərhədin açılmasını arzuladığın deyən Adnan Oktar bunun gerçəkləşəcəyinə inanır: "Ermənistanla viza istəmirik, pasport istəmirik. Onlar bizim qardaşlarımızdır. Yenidən o gözəl günləri qiyamətə qədər yaşayacağıq".

Adnan Oktar proqramda tez-tez ermənilərin gözəl, mehriban insanlar olduğunu, onlarla türklərin münasibətlərini kənar qüvvələrin pozduğunu təkrarlayıb.

Amerikada doğulan və hazırda Ermənistanda yaşayan R.Qiraqosyan isə cavabında bildirib ki, onun vəzifəsi də iki ölkə arasındakı münasibətləri düzəltməkdir.

Qeyd edək ki, Adnan Oktar dini yazar olaraq tanınsa da, son zamanlar proqramındakı efirə yarıçılpaq halda çıxan "kedicikler"i ilə məşhurlaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.