Dünya

16 minlik maşına 810 minlik nömrə aldı - FOTO

2 Oktyabr 2014 09:24
1 Şərh     Baxış: 4 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tailandda keçirilən hərracların birində 19 yaşındakı universitet tələbəsi ölkənin ən bahalı və ən şanslı sayılan Banqkok çıxışlı 1 .. 1111 seriyalı avtomobil nömrəsinə 25 milyon baht (təxminən 810 min dollar) pul ödəyib.

Musavat.com Türkiyənin "Milliyyet" qəzetinə istinadən bildirir ki, ölkənin ən nüfuzlu universitetlərindən biri olan Assumption Universitetində oxuyan Thanapat Tantisevekul "əgər lazım olsaydı, 1,6 milyon dollara qədər artırmaya gedəcəkdim" deyib. 11 il əvvəlki hərracda bu nömrə üçün 11 milyon baht (təxminən 355 min dollar) verilmişdi. Nömrə üçün sərvət ödəyən gənc hərracı qazandığı üçün çox xoşbəxt olduğu və nömrəyə çox pul ödəməsi ilə bağlı rəylərə isə "o qədər də bahalı deyil" cavabını verib. Xatırladaq ki, tələbə 810 min dollarlıq nömrəni dəyəri 16 min dollar olan "Nissan Almera" avtomobilinə taxıb.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.