Dünya

İspanlar Şvartseneggeri mükafatlandırdılar

29 Sentyabr 2014 13:14
0 Şərh     Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hollivud aktyoru, Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsenegger Madrid meriyası tərəfindən İspaniya paytaxtının imicinin artmasında verdiyi töhfəyə görə medalla mükafatlandırılıb.

Bu barədə Trend bazar ertəsi xarici KİV-ə istinadən xəbər yayıb.

Şvartsenegger "Təyinat nöqtəsi Madriddir" medalına İspaniya paytaxtında "Arnold Classic Europe" turniri çərçivəsində bodibildinq də daxil olmaqla, idmanın 30-dan artıq növü üzrə yarışların təşkilinə görə layiq görüb. Cümə günü start götürən bu yarışlar Madriddə artıq 4-cü dəfədir keçirilir.

Gözlənildiyi kimi, 2014-cü ildə yarışlarda dünyanın 60 ölkəsindən 5 min atlet iştirak edəcək. Yarışları dünyanın 80 ölkəsindən 40 min insan müşahidə edəcək.

Mükafatın təqdimatına Şvartsenegger özü gəlib. Təntənəli mərasim Plasa-de-Sibeles sarayında keçirilib. Tədbirdə 67 yaşlı aktyor zarafat edərək deyib: "Mənim çoxlu medallarım, mükafatalrım var, amma əlbəttə ki, bu, sonuncu olacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.