Dünya

"Mavi" dağıstanlı 3 çeçeni döydü

29 Sentyabr 2014 16:21
0 Şərh     Baxış: 2 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Moskvada "mavi" 3 çeçeni döyərək onların "Lada Priora" avtomobilini qaçırmaq istəyib.

Milli.Az LifeNews-a istinadən bildirir ki, insident intim əşyalar satılan dükanın qarşısında baş verib.

27 yaşlı "mavi", dağıstanlı Əmir Talboyev homoseksual olmaqla yanaşı, yunan-Roma güləşi üzrə Avropa çempionudur.

Ə.Talboyev dükandan çıxanda çeçenlər ona sataşmağa, "mavi" olduğunu deyərək gülməyə başlayıblar.
 

Dağıstanlı "mavi" də çeçenlərin təhqirlərinə dözməyərək onları döyüb.

Döyülən çeçenlər xəstəxanaya aparılıb.
 

Həkimlərin dediklərinə görə, onlarda çoxsaylı travmalar, sümük sınıqları və beyin silkələnməsi qeydə alınıb.

Əmir Talboyev döydüyü çeçenlərin "Lada Priora" avtomobilini qaçırmaq istəyəndə polis "mavi" çempionu saxlayıb.
 

"Onların maşınını qaçırmaq fikrim olmayıb. Maşınla bu murdarları əzmək, sonra da avtomobili divara çırpmaq istəyirdim", - Ə.Talboyev polisdə verdiyi ifadəsində deyib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.