Dünya

Bərə qəzası: 29 nəfər itkin düşdü

14 Sentyabr 2014 10:28
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərədə 84 nəfər olub

Filippində bərə qəzası baş verib.

Anspress-in məlumatına görə, içərisində 84 nəfər sərnişin daşıyan bərənin mühərrikində nasazlığın meydana gəlməsi və qüvvətli dalğaların yaranması onun batması ilə nəticələnib. Batan bərədəki sərnişinlərdən 29 nəfərinin itdiyi bildirilir.

Filippin hökumətinin səlahiyyətli orqanları ötən gecə Maharlika adasından çıxan bərənin paytaxt Maniladan 680 km cənubda yerləşən Panaon adasının 11 km uzaqlığında qəzaya uğradığı və qəzadan sonra 55 nəfərin aşkar edildiyi, digərlərinin isə hələ ki, izinə rast gəlinmədiyi açıqlanıb.

Xilasedilənlərdən bir neçəsinin vəziyyətinin ağır olduğu deyilir.

Həmçinin dalğaların güclü olması xilasetmə qrupunun da qəza yerinə çatmasına maneə törədib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.