Dünya

Lion böyük partlayışdan qurtuldu

30 Avqust 2014 18:32
0 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəhid olmaq istəyən 2 gənc qız Fransada həbs olundu

Fransa polisi 15 və 17 yaşında olan iki müsəlman qızı həbs edib. Milli.Az musavat.com-a istinadən bildirir ki, onlar Lionun Böyük Sinaqoqunu partlatmağa cəhddə ittiham olunurlar. Ancaq polis onları planı həyata keçirməyə bir həftə qalmış həbs edib. Bu barədə İsrailin "MIGnews.com" saytı xəbər yayıb.
 
Artıq qızlara qarşı rəsmi ittiham irəli sürülüb. İstintaqda olan məlumata görə, sözügedən qızlar Fransada cihada bağlı gənclərin geniş dairəsinə qoşulublar. Bu gənclər internet vasitəsi ilə bir-biri ilə əlaqə saxlayırmışlar. Fransa polisi də onların sosial şəbəkələrdəki yazışmaların izləyirmiş.

"JSSNews" saytı isə bidirir ki, 14 yaşlı başqa bir fransız qız da polis tərəfindən həbs olunub. O, valideynlərinə heç bir söz demədən islamı qəbul edib və Suriyadakı cihadçılara qoşulmaq üçün yola hazırlaşırmış.

"MIGnews.com"un xəbərində vurğulanır ki, Fransanın 800-dən çox vətəndaşı Suriya və İraqda gedən vətəndaş müharibəsində cihadçı qrupların tərkibində düyüşürlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.