Dünya

Saakaşvili bunu da etdi - VİDEO

29 Avqust 2014 13:45
0 Şərh     Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəsində rəsmi axtarışda olan eks-prezident hazırda Kiyevdədir və telekanala müxbirlik etməkdən çəkinmir

Ani olaraq Kiyevdə peyda olan Mixail Saakaşvili "Əl-Cəzirə" telekanalına müxbirlik edib.

Anspress-in məlumatına görə, sabiq prezident telekanala Rusiya-Ukrayna müharibəsi barədə söhbət açıb. Canlı efirə qoşulan Saakaşvili BMT TŞ-nin Nyu-Yorkda keçirilən növbədənkənar iclasından da danışıb.

Bundan əlavə, Saakaşvili öz Feysbuk səhifəsində yerləşdiyi videoda növbəti anti-Putin çıxışını birbaşa Kiyevdən edib.

O bildirib ki, "Vladimir Putin özünə elə bil quyu qazıb ki, o buradan heç vaxt qələbə ilə çıxa bilməyəcək. Onun məğlubiyyəti nəinki birinci növbədə Ukraynanın - eləcə də Gürcüstanın qələbəsi olacaq! Bu bizim özəlləşdirilmiş torpaqlarımızın qayıtması olacaq! Bu bizim uşaqlarımızın təhlükəsizliyi olacaq!"

Qeyd edək ki, hazırda ölkəsində "vəzifəsindən sui-istifadə" iddiası ilə axtarışda olan eks-prezident Saakaşvili müstəqil siyasi fəaliyyətlə məşğuldur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.