Dünya

Yaponiyada güclü zəlzələ olub

21 Avqust 2014 09:05
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyanın mərkəzi hissəsində 5,3 bal gücündə zəlzələ baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Sidzuoka prefekturası yaxınlığında, ocağı isə 300 km dərinlikdə yerləşib.

Zəlzələ, paytaxt Tokio daxil olmaqla, Yaponiyanın 10 prefekturasında hiss olunub.
 
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Yaponiyanın Milli Meteoroloji Xidməti bildirib ki, sunami təhlükəsi yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.