Dünya

Məhkəmə İstanbulda göydələnlərin sökülməsi barədə qərar qəbul edib

20 Avqust 2014 17:32
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tükiyənin Ali İnzibati Məhkəməsi İstanbulun Zeytunburnu rayonunda şəhərin tarixi mənzərəsini korlayan bir neçə göydələnin sökülməsi barədə qərar qəbul edib.

Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Binanı inşa etdirənlərin vəkili Cihat Göydəmir bildirib ki, qərar qətidir və icra edilməlidir. Bələdiyyə qısa müddət ərzində məhkəmənin qərarını yerinə yetirməlidir.

Qeyd edək ki, Türkiyə ictimaiyyəti 2011-ci ildə Zeytunburnu rayonunda bir neçə göydələnin tikilməsi planına qarşı olmuşdu. Buna baxmayaraq, göydələnlər tikilmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.