Dünya

"Qadınlar cazibədar olmağa çalışmamalıdırlar" - VİDEO

1 Avqust 2014 14:51
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu iddia ilə Türkiyə baş nazirinin müavini Bülənt Arınç çıxış edib

Türkiyə Mərkəzi Seçki Komissiyası Türkiyə vətəndaşlarının öz prezidentlərini seçmək üçün təyin olunan səsvermə vaxtlarını açıqladı.

ANS TV-nin məlumatına görə, prezident seçkiləri üçün xarici ölkələrdə səsvermə prosesi bu gündən etibarən start götürüb. Bütün diqqətin seçki prosesinə yönəldiyi bir vaxt, Türkiyə baş nazirinin müavini Bülənt Arınçın bəyanatı ölkədə ajiotajla qarşılanıb.

Bursa vilayətində çıxışı zamanı Arınç qeyd edib ki, ölkədə əxlaqi dəyərlər tədricən yox olmağa başlayıb. Baş nazir müavini vəziyyətlə əlaqədar əsasən qadınları tənqid edib. Arınç bildirib ki, qadınlar abır-həyalarını qorumalı, cazibədar olmağa çalışmamalıdırlar.

Tuncelidə qadınlar Arınçın bu çıxışına qəhqəhə ilə gülərək etiraz ediblər. Həmçinin sosial mediada da qadınların etiraz şüarları nümayiş olunub.

Türkiyənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Türkiyədə prezident seçkisinin ilk turu avqustun 10-da, etibarlı səslərin tam əksəriyyətinin təmin edilə bilməməsi halında, ikinci tur isə avqustun 24-də keciriləcək.

Son bir həftədə partiyaların və namizədlərin səs faizlərini təyin etmək məqsədilə keçirilən sorğunun nəticələrinə görə, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi hazırkı bas nazir Rəcəb Tayyib Ərdoğan səslərin yüzdə 46-sını qazanıb. Seçki prosesi zamanı gözləntilər daha böyükdür.

Türkiyə ilk dəfə olaraq xalq yolu ilə səsvermədə 17-ci prezidentini seçəcək və seçkilərdə 54 milyon seçici istirak edəcək.

Türkiyədə hamı düşünür ki, hər halda hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan köşkün yeni sahibi olacaq. Məhz elə buna görə də hazırda Türkiyə öz prezidentinin kim olacağı yox, bir ay sonra Türkiyənin baş nazirinin kim olacağını düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.