Dünya

Ermənistanlı sabiq məmur istedadını Azərbaycanda parlatmaq istəyir

28 İyul 2014 12:23
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistanın Tavuş vilayətinin qubernatorunun keçmiş müşaviri, şair Lyubik Çibuxçyan Ermənistan parlamentinin deputatlarına məktubla müraciət edib
APA-nın "news.am"a istinadən verdiyi məlumata görə, L. Çibuxçyan məktubunda deputatlardan şəxsiyyətinin vacibliyi və ölkəni tərk edəcəyi təqdirdə Ermənistanın hansı səviyyədə itki ilə üzləşəcəyi barədə izahat istəyib.

Məktub "Çiçəklənən Ermənistan" partiyasının katibi, deputat Naira Zöhrabyan və "Miras" partiyasının vitse-prezidenti Armen Martirosyana göndərilib. Lakin məktublara heç bir cavab alınmayıb.

L. Çibuxçyan sayta açıqlamasında deyib ki, deputatlardan ona heç nə lazım deyil: "Sadəcə mən onlara izah etdim ki, Ermənistan mənim kimi istedadlı insanı itirəcək".

O, Azərbaycan tərəfindən də hələ ki, cavab almadığını, lakin ümidini itirmədiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, Tavuşun yeni qubernatoru tərəfindən işdən çıxarılan L. Çibuxçyan siyasi sığınacaq almaq üçün bir müddət əvvəl Azərbaycana müraciət edib. Qubernatorun keçmiş müşaviri mətbuata açıqlamasında Ermənistan prezidentiSerj Sarkisyana yazdığı 13 məktuba cavab verilmədiyini qeyd edib. O, prezident tərəfindən ona verilən mənzilin əlindən alındığını, Tavuşun yeni qubernatoru və müdafiə naziri Seyran Ohanyan tərəfindən aldadıldığını da bildirib.

Qeyd edək ki, L. Çibuxçyanın Putin haqqında 1226 sətirlik, nöqtəsiz, bir cümlədən ibarət kitabı Ginnesin Rekordları Kitabına düşüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.