Dünya

Avropalı şair İslam peyğəmbərini və Quranı təhqir etdi

6 Dekabr 2013 19:57
27 Şərh     Baxış: 2 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yəhya Həsən" adlı bir şair yazdığı şeirində, ilahi peyğəmbərləri və Məhəmməd peyğəmbəri (səv) dərrakəsiz insanlar kimi göstərməyə cəhd edib.


Danimarka vətəndaşı olan "Yəhya Həsən" adlı bir şair İslam dini və Quran-Kərim haqqında hədyan fikirlər səsləndirib.

Milli.Az Anspress-ə istinadən bildirir ki, karikaturaçı Kurt Vesterqarddan sonra İslam düşməni olan bu şairin bu fikirləri artıq ölkənin müsəlman icmasının hiddətinə səbəb olub.

Danimarkada söz azadlığından sui-istifadə etməklə, İslam müqəddəslərinə qarşı hörmətsizlik edən bu şair yazdığı şeirində, ilahi peyğəmbərləri və Məhəmməd peyğəmbəri (səv) dərrakəsiz insanlar kimi göstərməyə cəhd edib. O, həm də İslam dünyasının müqəddəs kitabı olan Qurani-Kərim haqqında da təhqiramiz ifadələrdən istifadə edib.

Şair, bununla Danimarka siyasətçilərinin İslam dini ilə olan düşmənçiliklərini yenidən gündəmə gətirməyə çalışıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.