Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əsl kişi haqqında: sınıq qəlbin bərpası üçün 100 məqsəd - FOTO
11 Aprel 2012 11:49
0 Şərh
Baxış: 1 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərədən Avstraliyaya mühacirət etmiş Yan Aşerin dediyinə görə, arvadı Lora onu tərk edəndə həyatının başa çatdığını düşünürdü.
"Nə edəcəyimi bilmirdim. Sanki hər şey bitmişdi. Amma sonra düşündüm ki, boşanıbsa, canı cəhənnəmə! Hər şeyi satmaq qərarına gəldim", - Aşer deyib.
Milli.Az "The Guardian"a istinadən bildirir ki, Avstraliyanın Perta şəhərində yaşayan Yan evini, maşınını, işini və dostlarını belə, "eBay" hərracında satışa çıxarmışdı.
İngiltərənin Darlinqton şəhərində doğulmuş 48 yaşlı Aşer Pertadakı evini 230 min dollara satdı. Evlə bahəm evdəki bütün əşyalar da satıldı.
Daha sonra Aşer "eBay" hərracında "Mazda" avtomobilini, motosikletini, su xizəklərini və hətta paraşütünü də satdı.
Bundan sonra isə o, "arvadın sındırdığı qəlbi bərpa etmək" üçün işə başladı.
"Özümə dedim ki, belə olmaz, ayıl! Sınmış qəlbimi bərpa etmək üçün qarşıma 100 məqsəd qoydum, siyahı tutdum və başladım", - Aşer deyir.
Xalça satışı dükanında menecer olan Aşer beləcə, əvvəlki həyatı ilə vidalaşdı.
O, Dubaya uçan təyyarəyə oturdu, sonra isə macəralar başladı. Aşer bu minvalla onlarla ölkəyə baş çəkdi, milyarder Riçard Brensonla görüşdü, ağ köpəkbalıqlarıyla üzdü, öküzlərin qarşısından qaçdı, hətta "Mile High Club"a daxil oldu.
Daha sonra o, qalan pullara Panama sahillərində kiçik ada aldı.
Aşer 100 məqsədinə çatdığını deyir.
"Fransız dilini öyrəndim, təyyarə sürmək kurslarını bitirdim, Hollivud filminə qatıldım, sonra da başıma gələnlərdən kitab yazdım", - Aşer deyir.
İndi isə Aşer 45 min dollara satın aldığı kiçik adada özünə malikanə tikir.
Onun yeni məhəbbəti də var. Yanın sözlərinə görə, Mor ilə it arabaları yarışında tanış olub və 15 ay birlikdə olaraq hisslərini sınaqdan keçiriblər.
Bokas del Torro arxipelaqında, Panama və Kosta-Rika arasındakı adada yaşayan Aşer "bədbəxtliyə və sönük həyata meydan oxuyan adam" olduğunu bildirib.
"Bilirsinizmi, həyat qəribə nəsnədir. Qarşıma qoyduğum 100 məqsədin, 100 hədəfin hər biri normal, adi insanın həyatı boyu arzuladığı işlərdir. Mən isə Tibetdə oldum, Qrand Kanyona baş çəkdim, okeanın dərin qatlarına endim, dirijablda uçdum... Yəni özümü əsl kişi kimi hiss etmək üçün bütün arzularımı reallaşdırmağa, "əski parçası" olmadığımı sübut etməyə çalışdım. Və anladım ki, həyat, yaşadığımız günlərdən daha maraqlıdır. İnanın Tanrıya, belə dünya, belə imkanlar varkən "mən darıxıram!" deyən adamları yazıq sayıram. Bəs siz necə, həyata yenidən başlamağı düşündünüzmü?!" - Aşer deyib.
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: AFP, Getty İmages
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə güclü yağış şəhəri iflic etdi: Ölən və yaralananlar var - VİDEO
-
İran niyə geri çəkilmir? - 500 illik strategiyanın sirri
-
Yerli əhali ona 'cəhənnəm qapısı' deyir: hər il bir az da böyüyür
-
"Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?"
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Pezeşkian: Müharibənin qarşısını almaq üçün bütün yolları araşdırmışıq
XƏBƏR LENTİ
-
"Toylar nə vaxtdan el şənliyi olub?!"
-
Bazar günü 56 mindən çox şəxs imtahan VERƏCƏK
-
Azərbaycanda mənzil almaq istəyənlərə VACİB XƏBƏR
-
Həbibdən UFC prezidentinə sərt cavab
-
"Mançester"dən gedən Kazemironun yeni klubu BƏLLİ OLDU
-
Bu ilin sonunadək daha 30 min insan azad olunmuş ərazilərə köçəcək
-
Türkiyədə güclü yağış şəhəri iflic etdi: Ölən və yaralananlar var - VİDEO
-
Kirayə qiymətləri niyə dayanmadan artır?
-
Bu BÜRClər macərasız yaşaya bilmir - Siyahıda siz də varsınız?
-
3 fərqli klubla bir Avropa kubokunu qazanan ilk MƏŞQÇİDİR
-
1-ci kurs tələbəsi faciəvi şəkildə vəfat ETDİ
-
Qızıl 7700 manatı KEÇDİ
-
Türkiyədə 25 məşhur saxlanıldı - Serenay Sarıkaya, Mabel Matiz...
-
Azərbaycanlı müğənninin səhnədə oğlu ilə səmimi anları - VİDEO
-
İran niyə geri çəkilmir? - 500 illik strategiyanın sirri
-
İpoteka ilə satılan villanın aylıq ödənişi hamını HEYRƏTLƏNDİRDİ
-
Cəbrayıla növbəti köç karvanı yola salındı
-
Maşınla yola çıxmamışdan əvvəl OXUYUN
-
Azərbaycan nefti kəskin UCUZLAŞDI
-
Təzyiqiniz qalxsa, tez bunu için - Hər kəsin evində var
-
Yeganə qolun assisti Nəriman Axundzadədən - VİDEO
-
Bakıda WUF13-ün beşinci günü start götürüb
-
Xəzərdə zəlzələ oldu
-
Avropa Liqasının qalibi bəlli oldu