İdman

"Qarabağ"sız Azərbaycan yığması

30 Mart 2017 16:28
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırlıq prosesində 24 futbolçu iştirak edəcək.

Aprelin 2-də start götürəcək toplanış ayın 9-dək davam edəcək. Millinin hazırlıqları Bakıda gerçəkləşəcək.

Toplanışa Rauf Rüstəmli, Vüsal Şabanov, Samir Məhərrəmli, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Veysəl Rzayev, Rauf Məhərrəmov (hamısı "Qəbələ"), Mirəli Əhmədov, Melih Serin, Hüseyn Ələsgərov, Valeh Qəhrəmanlı, Ramin Nəsirli (hamısı "Neftçi"), Mirxan Hümmətov, Fərid Xasiyev (hər ikisi "Turan Tovuz"), Emil Bayramov ("İnter"), Nihad Cəfərov ("Əlincə"), Cəlal Cəbrayılov ("Sumqayıt"), Elariz Xəlilli ("Mil-Muğan"), Tural Nəsirov, Məhəmməd Əhmədov (hər ikisi "Vətən"), Murad Əhmədov ("Neftçi" İK İB), Həsən Həsənov ("Torpedo", Vladimir, Rusiya), Kamran Əlizadə ("Şerif", Tiraspol, Moldova) və İlahi Quliyev ("Zirə") qatılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.