İdman

Güləş üzrə Avropa çempionatı başlayır

27 Mart 2017 12:20
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28 mart - 2 aprel 2017-ci il tarixdə Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), İsmayıl Abdullayev (74 kq), Kənan Əliyev (86 kq), Pərviz Axundov (97 kq) və Umar İsrailov (125 kq) çempionatda ölkəmizi təmsil edəcək. 

Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çempionatda 7 qadın güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. 

Avropa çempionatının son iki günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Murad Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), İslambek Dadov (71 kq), Ruhin Mikayılova (75 kq), Elton Vəzirzadə (80 kq), Arif Niftullayev (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (125 kq) yollanacaq. 

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.