İdman

"Çex futbolçular Bakıda virusa yoluxublar"

26 Sentyabr 2016 12:14
1 Şərh     Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasında "Qarabağ"ın rəqibi olan Çexiyanın "Slovan" klubunun 12 futbolçusu infeksion xəstəliyə yoluxub.

Milli.Az azvision.az-a istinadən bildirir ki, klubun rəsmi saytında yer alan məlumatda oyunçuların Azərbaycana səfər zamanı bu virusa yoluxduğu deyilir. 

Bunun nəticəsində Çexiya çempionatının 8-ci turunda "Karvin" klubuna qarşı keçirilməsi planlaşdırılan oyun təxirə salınıb. 

"Oyunçuların bəzilərində səhhətləri ilə bağlı problem hələ sentyabrın 19-u "Slaviya" ilə baş tutan oyundan əvvəl başlamışdı. Həftə ərzində vəziyyət daha da pisləşdi", - deyə klubun məlumatında qeyd edilib. 

"Futbolçular bu virusa Azərbaycanda yoluxublar. Bəzi futbolçuları biz "Slaviya" ilə oyundan öncə, digərlərini isə bu həftə itirdik. Belə bir hal mənim karyeramda bir dəfə 12 il əvvəl, yeniyetmələr komandasına rəhbərlik etdiyim vaxt olmuşdu. Yaşlı futbolçular arasında belə bir şeyi ilk dəfədir ki, görürəm. "Karvin" klubu ilə oyunun təxirə salınması yeganə çıxış yolu idi. Biz 12 futbolçumuz olmadan oynaya bilməzdik", - deyə klubun baş məşqçisi Yindrix Trpişpvski bildirib. 

Bu arada "Slovan" Avropa liqasının ikinci turu çərçivəsində doğma meydanda Yunanıstanın "PAOK" klubu ilə qarşılaşmalıdır. Çexiya klubundakı vəziyyət bu oyunun keçirilməsi imkanını da şübhə altına salır. UEFA rəsmiləri artıq məsələ ilə bağlı araşdırmalara başlayıb və araşdırmaların nəticələri bu gün açılacaq. Yunanıstan təmsilçisinin bu virusa yoluxması riski olsa, onda oyun təxirə salınacaq. 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin sentyabrın 15-də baş tutan ilk turunda "Qarabağ" doğma meydanda "Slovan"la heç-heçə edib - 2:2.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.