İdman

"Hummelsin getmək istəyi məni məyus etdi"

30 Aprel 2016 16:25
0 Şərh     Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Borussiya Dortmund"un müdafiəçisi Mats Hummels yayda "Bayer"ə keçmək fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Tomas Tuxel buna münasibət bildirərək alman oyunçunun gedişilə komandanın zəifləməyəcəyini qeyd edib.

"Top mənim yox, meydanın kluba aid hissəsindədir. Tez qərar verilməsini istəyirik. Bu məsələ məni məyus etdi. "Borussiya"nın qarşıdakı həftələrdə bir neçə hədəfi var. Qəbul etməliyik ki, bizdən daha üstün klublar var. "Bavariya" həmin qəbildəndir. Amma Münhen klubuna meydan oxumaqdan əl çəkməyəcəyik. "Borussiya"da bu klub üçün hər şeyini verəcək oyunçular kifayət qədərdir. Meydana rəqabət qabiliyyətli heyət çıarmaqda davam edəcəyik. Görək, Hummelsin transferi alınacaqmı. Nə baş verməsindən asılı olmayaraq, top-komanda olaraq qalacağıq".

Hummels "Bavariya" ilə 10 milyon məvaciblə 4 illik müqaviləni razılaşdırıb. Onun transferinin 38 milyon avroya başa gələcəyi ehtimalı olunur. Hummels Münhen təmsilçisinin yetirməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.