İdman

Rəşad Sadıqov xərçəng olan futbolçu üçün pul topladı

11 Fevral 2016 12:53
7 Şərh     Baxış: 2 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən ilin yayında "Neftçala"dan AZAL-a keçən Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiəçinin sağ əlinin dirsək nahiyəsində şiş yaranıb. İki aydır, ağrılar hiss edən futbolçu Onkoloji Dispanserdə müayinədən keçib.

R.Musayev hazırda ev şəraitində müalicə olunur. Bir müddət belə davam edəcək. O, artıq iki kimyaterapiyaya məruz qalıb. Nə vaxt yaşıl meydanlara dönəcəyi hələ naməlumdur. Həkimlər tələsməməyi məsləhət görürlər.

Sportinfo.az-ın məlumatına görə, AZAL futbolçusuna maliyyə yardımı edib. Sevindirici haldır ki, yardımsevərlərin siyahısı "təyyarəçilər"lə məhdudlaşmır. "Neftçi", "Qəbələ", "Qaradağ Lökbatan" və "Neftçala" aksiyaya qoşulublar. "Qarabağ" da dəstək kampaniyasından kənar qalmayıb.

Kapitan Rəşad Sadıqovun təşəbbüsü ilə Ağdam klubunun futbolçuları 3200 manat toplayaraq, Musayevin ailəsinə göndəriblər. Kapitan isə bundan əlavə, iki dəfə Rüfətə kömək əlini uzadıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.