"Seltik"in baş səhmdarı Dermott Desmond əzəli rəqibləri "Reyndjers"lə birlikdə İngiltərə Premyer Liqasında çıxış etmək istəyini dilə gətirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, şotland futbol funksioneri bu barədə deyib:
"İngiltərə Premyer Liqasında oynamaq istərdik. Bu, şotland futboluna daha çox pul gətirəcək. "Mançester Yunauted" və "Arsenal"la oyunlar isə meydana gələn azarkeşlərin sayını artıracaq. Ola bilsin ki, buna 10 il vaxt sərf olunsun. Amma qaçılmaz ssenaridir. "Reyndjers" və "Seltik" Britaniya futbolunda ilk onluğa daxildir. Onlar ən yüksək səviyyədə oynamlıdır".
Qeyd edək ki, bu məsələ 2009-cu ildə də gündəmə gəlmiş və Premyer Liqa iştirakçıları tərəfindən rədd edilmişdi.
Milli.Az





