İdman

UEFA-dan Azərbaycana qadağa

29 İyun 2015 22:55
0 Şərh     Baxış: 2 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Futzal Federasiyasına UEFA-dan məktub gəlib. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, həmin məktubda UEFA Kubokunun 2015/16 mövsümündə Azərbaycanı "Araz"ın təmsil etməsinə icazə verilmədiyi diqqətə çatdırılıb.

Məsələ burasındadır ki, son ölkə çempionu olan "Xəzər adaları" maliyyə problemləri ilə əlaqədar qitə miqyaslı turnirə yollanmaqdan imtina etmişdi. Çempionatda ikinci yeri tutmuş "Fənər" də mövsüm ərzində üzləşdiyi hakim haqsızlıqlarını əsas gətirərək, "Xəzər adaları"nı əvəzləməkdən imtina etdi. Belədə, Futzal Federasiyası üçüncü olmuş "Araz"ı razı sala bildi və UEFA-ya da bu klubun adını göndərmişdi. Lakin göründüyü kimi, qitə futbol qurumu bununla razılaşmayıb.

Sözügedən məsələ ilə bağlı saytımıza açıqlama verən Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovu dinləyək: "Biz "Araz"ın adını UEFA-ya göndərsək də, qitə futbol qurumu bundan imtina etdi. Bildirirlər ki, ölkə çempionatını üçüncü pillədə başa vurmuş komanda UEFA Kubokunda iştirak edə bilməz. "Xəzər adaları" rəsmi qaydada bu turnirdə iştirakdan imtina edib. "Fənər"ə müraciət etdik. Onlar da hələ bizə cavab verməyiblər. Əgər bu klub yenə imtina etsə, o zaman UEFA Kubokunun növbəti mövsümündə Azərbaycanın heç bir təmsilçisi iştirak etməyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.