İlk Avropa Oyunlarının təşkilatçılığı məni heyrətə gətirib.
Bu sözləri Milli.Az-ın əməkdaşı ilə söhbətində Yunanınstanı ilk Avropa oyunlarında təmsil edən gimnast Ioanna Xoulogi deyib.
"Bu, kiçik olimpiya oyunları kimidir. Bakı çox gözəl şəhərdir və qonaqpərvərlik insanı valeh edir. İnsanlar və könüllülər hər işdə bizə yardım edirdilər. Mənim ilk Avropa Oyunları haqqında təəssüratlarım unudulmazdır", - deyə o əlavə edib.
Xatırladaq ki, iyunun 12-dən 28-nə kimi Bakıda keçirilən ilk Avropa Oyunlarında iştirak etmək üçün qitənin müxtəlif ölkələrindən 6000-ə yaxın idmançı gəlib.
Teymur Hacıyev
Milli.Az





