İçkiyə qurşanan futbolçu məşqə buraxılmadı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sumqayıt"ın yayda yola salacağı ilk futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bir neçə gündü məşqlərə qatılmayan Andrey Popoviç hətta mövsüm başa çatmamış klubdan qovula bilər.
Buna səbəb millimizin qapıçısının yenidən içkiyə qurşanması və icazəsiz məşqlərə qatılmamasıdı. Günlərdi içkili olduğu üçün, sözün həqiqi mənasında, ayıla bilməyən oyunçudan xəbər-ətər yox idi.
Nəhayət, bu gün bazaya gələn 23 yaşlı futbolçu məşqə qatılmaq istəsə də, onun bu arzusu reallaşmayıb. Çünki baş məşqçi Aqil Məmmədov buna icazə verməyib. Sabah qolkiperlə rəhbərlik arasında görüş olacaq. Məhz həmin görüşdən sonra Popoviçin komandada qalıb-qalmayacağı müəyyənləşəcək.
Məlumatı saytımıza açıqlamasında "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov da təsdiqləyib: "Bəli, Popoviç neçə gün idi məşqlərə qatılmırdı. Bu gün bazaya gəlsə də, məşq etməyib. Baş məşqçi Aqil Məmmədov ona deyib ki, sabaha qədər gözlə, görüş keçirilsin, sonra baxarıq. Sabah onunla bu barədə söhbətimiz olacaq və hər şeyə aydınlıq gələcək".
Popoviç artıq 2-ci dəfədi ki, içki qalmaqalının iştirakçısı olur. Qapıçı Berti Foqtsun Azərbaycan millisində baş məşqçi olduğu vaxtda Dubay toplanışı zamanı içki içdiyi halda yaxalanmışdı. Həmin vaxt o, yığmanın digər oyunçuları ilə birlikdə olmuşdu.
Qeyd edək ki, Robert Prosineçki milli komandamızın "sükanı arxasına" keçdikdən sonra həm Antalya toplanışına, həm də Malta ilə seçmə mərhələ oyununa Andrey Popoviçi dəvət edib. Qolkiper təlim-məşq toplanışı çərçivəsində Donetsk "Şaxtyor"u ilə yoxlama görüşündə 45 dəqiqə meydançada olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Parlamentin son iclasında 26 məsələ müzakirə olunacaq
-
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
-
Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
-
" 10 il Leyli-Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram"
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Yəmən qüvvələri öz hava limanını vurdu
-
Şahruddin “Qarabağ”dan ayrılır - (Foto)
-
Bakıda soyğunçuluq və oğurluq edən iki nəfər saxlanıldı
-
12 ildir oturmur, uzanmır - Ayaqları görün necə oldu - (Video)
-
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
-
Rafael Ağayevə ağır itki üz verdi
-
Emreli İsrail klubunun təklifini rədd etdi
-
Xalq artisti: "İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" - (Video)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana 7 vaqon buğda göndəriləcək
-
Azərbaycanda 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
-
“Bavariya” Harri Keynlə bağlı qərar verdi
-
Rusiyada avtobus dayanacağında dava – Gənc eşitmə əngəlli pensiyaçını döydü - (Video)
-
Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı
-
Paolo Maldiniyə yeni vəzifə verildi
-
Bakıda mağazadan terminal oğurlandı - (Video)
-
Rüfət Axundov "Lamborghini"si ilə - (Video)
-
Şuşa Media Forumu: Azərbaycan artıq haqlı olduğunu izah etmir, yeni gündəmi özü diktə edir
-
BYD-dən tarixi səhv: Mindən çox avtomobil yanlış model kimi satılıb
-
Mateus Silva "Qarabağ"dan ayrılır? - Qurban Qurbanov qərarını verdi





