İdman

İdmançımızın Ermənistan himni səslənəndə oturmasının səbəbi açıqlandı - VİDEO

30 Mart 2015 21:56
11 Şərh     Baxış: 14 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bəxtiyar Abbasovun himn səsləndirilən zaman oturmasını siyasiləşdirmək lazım deyil. O, sadəcə özünü pis hiss etdiyi üçün belə edib".

Milli.Az xəbər verir ki, bu barədə Sambo üzrə yığma komandanın baş məşqçisi Yaqub Abdullayev aznews.az-a açıqlamasında deyib. O, Bəxtiyar Abbasovun himn səsləndirilən zaman özünü yaxşı hiss etmədiyini, buna görə də oturduğunu vurğulayıb: "Bu məsələni siyasiləşdirmək lazım deyil. İdman siyasət deyil axı? O da insandır və özünü pis hiss edə bilər".

Qeyd edək ki, azərbaycanlı idmançı Bəxtiyar Abbasov Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda 3-cü yeri tutub. 1-ci yeri isə Aşot Danielyan qazanıb. Qaliblərin mükafatlandırılması zamanı isə samboçu qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himni zamanı ayaq üstə dayanmayıb və oturub.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.