İdman

Avropa çempionumuzdan növbəti medal

28 Fevral 2015 11:02
0 Şərh     Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə "Luxor Open" beynəlxalq turnirinin ilk gününün qalibləri müəyyənləşib.

Milli.Az xəbər verir ki, Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Luksor şəhərində keçirilən G-2 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurla başlayıb.
  

Belə ki, yığmamızın liderlərindən Radik İsayev turnirin gümüş medalına yiyələnib. 87 kq çəki dərəcəsində gücünü sınayan Avropa çempionu finalda rusiyalı Vladislav Larinə uduzaraq, ikinci yerlə kifayətlənib.
  

Taekvondoçularımızdan Mikayıl Əliyevlə (58 kq) Natiq Abdullayev (54 kq) ilk, Maqomedyassin İbrahimov (58 kq) isə ikinci döyüşündə məğlub olublar.
  

Qeyd edək ki, martın 1-də başa çatacaq "Luxor Open"də daha 7 idmançımız nəyə qadir olduğunu nümayiş etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.