İdman

Qurban Qurbanov: "Mən onların işinə qarışmağı xoşlamıram"

28 Noyabr 2014 09:08
0 Şərh     Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:

"Nəticə pis olmaya bilər. Amma oyun çox çətin keçdi. Belə olacağını bilirdik. "Sent-Etyen" bu gün son dövrlərin ən yaxşı oyunlarından birini sərgilədi. Biz daha çox müdafiəyə diqqət yetirməli olduq. Çünki hücum xəttində elə də çox variantımız yox idi. Təbii ki, hücuma daha çox diqqət ayırmaq istərdik. Amma zədəli futbolçularımızın çox olması bizə bunu həyata keçirməyə mane oldu. Şadam ki, belə bir nəticəyə nail olduq. Qarşıda bizi bu oyundan az əhəmiyyət daşımayan çempionat oyunu gözləyir. Həmin oyuna hazırlaşacağıq. Belə bir stadionda, bu cür azarkeşlərin qarşısında "Sent-Etyen" kimi komandaya qarşı oynamaq xoş idi. Onlara uğurlar arzulayıram".

Qurbanov komandasının qrupdan çıxmaq şansının olduğunu bildirsə də, bu haqda danışmağın tez olduğunu diqqətə çatdırdı: "Heç-heçə xal ehtiyatımızı artırmağa kömək etdi. Qrupdakı digər oyunun da nəticəsini nəzərə alsaq, bizim müəyyən üstünlüyümüz var. Amma bizi Milan "İnter"i kimi güclü bir komanda ilə oyun gözləyir. Şans olsa da, hələ heç nə məlum deyil".

Ağdamlıların çalışdırıcısı yetirmələrindən hansınısa fərqləndirmək istəmədiyini söyləyib: "Nə Nadirovu, nə də Şehiçi fərqləndirmək istəyirəm. Onlar öz işlərini gördülər. Bütün uşaqlardan razıyam. Onların hər biri sonadək mübarizə apardı".

Fransız jurnalistin hakimlik barədə sualına isə Qurbanov belə cavab verib: "Hakimlik haqqında növbəti sual (gülür)... Mən onların işinə qarışmağı xoşlamıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.