İdman

"Qarabağ"ın yeni qapıçısı iddialı danışdı

7 Oktyabr 2013 18:23
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın yeni qapıçısı İbrahim Şehiç Ağdam klubuna keçidi barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bosniya və Herseqovina mətbuatına müsahibəsində bunları söyləyib:
 

"Mən "Qarabağ"dakı şəraiti görəndə doğrudan təəccübləndim. Burada məşq etmək üçün çox gözəl şərait mövcuddu. Şəhər özü də çox gözəldi".


"Jelezniçar" və "Mersin İdmanyurdu"nun sabiq qolkiperi Azərbaycan Premyer Liqasına gəlməklə səhvə yol verdiyini düşünmədiyini bildirib: ""Qarabağ" iddialı komandadı. Onların əsas hədəfi növbəti mövsümdə Avropa Liqasının qrup mərhələsində oynamaqdı".

Şehiç, eyni zamanda geriyə boylanmağın yersiz olduğunu da bəyan edib: "Artıq yeni klubum var. İndi bütün diqqətim bu komandaya yönəlib. Mənə sadəcə "Qarabağ" rəhbərliyinin etimadını doğrultmaq lazımdı".

Ağdam klubunun yeni qapıçısı sonuncu komandasında - Türkiyənin "Mersin İdmanyurdu" klubunda üzləşdiyi problemə də toxunub: "Orada türkiyəli qapıçı var idi. Onu əsas heyət üzvü görürdülər. Mənim onunla heç bir problemim yox idi. Amma ehtiyatda qalmaq da istəmirdim. Yenidən Bosniya yığmasına qayıtmaq, komandamıza faydalı olmaq istəyirəm. Əminəm ki, yeni komandamda öz formamı daha da yaxşılaşdırmağa köklənə biləcəm".

Qeyd edək ki, 25 yaşlı qapıçı ilk dəfə Bosniya yığmasına 2010-cu ildə çağırılıb. O, noyabrın 17-də Bratislavada Slovakiyaya qarşı görüşdə debüt edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.