Cəmiyyət

"Həmin vaxt uğursuz olmağa vaxt yox idi" - VİDEO - FOTO

27 Fevral 2017 17:21
1 Şərh     Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Anam bu sahədə olmağıma hər zaman qarşı olub".

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan əməkdər jurnalist və APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı maraqlı açıqlamalar verib.

O, ilk olaraq ziyalı ailədə doğulub boya-başa çatmasından söz açıb:

"Müəllim ailəsində olmuşam. Məni çıxmaq şərti ilə, hər biri dəqiq elmlə məşğul olub. 1 qardaş və 3 bacım var. Sonradan rayondan Bakıya köçdük. Təhsil aldım. BDU-nun filologiya fakültəsinə daxil oldum. Amma balım jurnalistikaya da, hüquq fakültəsinə də düşürdü. Həmin ili ən çox bal toplayanlardan biri idim. Anamın istəyini yerə salmadım. Birinci kursdan isə onlardan xəbərsiz media ilə əlaqələr qurmağa başladım. "Bu gün" qəzetində çalışırdım. Böyük bir insident olmuşdu və qəzet onu manşetdən vermişdi. Mənimlə bağlı idi. Bilirdilər prinsiplərimi. Amma ailəm daha sonra bildi ki, jurnalistikaya keçmişəm. Atam mənə hər zaman çox böyük dəstək olub. Anam bu sahədə olmağıma onda da qarşı idi, indi də qarşıdır".

Daha sonra ailəsinin çəkdiyi çətinliklərindən danışan əməkdar jurnalist, valideyinlərinə minnətdar olduğunu dilə gətirib:

"Valideyn sonuncu qəpiyini belə övladlarının təhsilinə xərcləyir. Çox çətinlik çəkdim. Anam yeganə yadigarı, qızıl "sep"ini satıb məni Bakıya gətirdi. Son qəpiyini də mənim təhsilim üçün xərcləyib, gələcəyə kapital qoydu. İnamını doğrultdum. Həmin vaxt uğursuz olmağa vaxt yox idi".

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.