Cəmiyyət

"Hər kəs uşağını bu bağçaya qoymaq istəyəcək"

30 Avqust 2016 10:42
Baxış: 15 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislərin fikrincə, uşaqların fiziki, psixoloji və sosial inkişafında məktəbəqədər təhsilin rolu böyükdür. Buna görə də günü-gündən bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı artmaqdadır. Təbii ki, söhbət övladı etibar edə biləcək müəssisədən gedirsə, burada əsas rolu keyfiyyət, uşaqlara olan qayğı, onların sağlam vətəndaş kimi yetişməsi tutur. Hər bir valideynin arzusudur ki, körpələri ekoloji təmiz, təhlükəsiz, sağlam və intellektual mühitdə tərbiyə alsın.

Avqust ayının 27-də paytaxtda fəaliyyətə başlayan "Yaşıl ada" uşaq bağçası bütün bu xüsusiyyətləri özündə cəmləşdirir. Hətta texniki təchizatı və əlavə imkanları ilə bu sahədə bir addım önə çıxır.

Ümumilikdə, 140 nəfər uşaq üçün nəzərdə tutulan, sahəsi 3000 m2-dən çox olan "Yaşıl ada" uşaq bağçasının kifayət qədər böyük həyətyanı sahəsi var. Bağbanların nəzarəti ilə daimi yaşıl olan sahədə alça, heyva, nar, alma, armud, əncir kimi meyvə ağacları, oyun meydançaları körpələrin ekoloji təmiz mühitdə inkişaf edəcəyindən xəbər verir. Həmçinin, həyətyanı sahədə müxtəlif ev quşlarından ibarət zoopark da var ki, uşaqların təbiətlə ilkin tanışlığına şərait yaradır.

Onlayn müşahidə kameraları vasitəsilə valideynlər uşaqların bağçadakı fəaliyyətini izləyə bilərlər. Hətta uşaqlar bağçadan getdikdən sonra da bağçanın texniki işlərini izləmə imkanları da var. Hər mərtəbədə və hər qrupun yanında yaradılmış yanğın çıxışları və paylama qutusu ilə tam təhlükəsizlik təmin olunub.

Üç mərtəbədən ibarət olan bağçanın daxilində ağıllı lövhə ilə təchiz olunmuş xarici dil tədris otaqları, həmçinin, uşaqların intellektual inkişafını təmin edən tədris otaqları mövcuddur. Burada hər bir uşağa Fərdi İnkişaf Planı əsasında yanaşılır. Uşaq bağçasında tədris qrupları 3 dildə - ingilis, rus və Azərbaycan dilində təşkil olunur və 3 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Tədris prosesi "Master Tərbiyəçi-2" təlim proqramını uğurla başa vuran, "Education Management Network" şəbəkəsinə daxil olan digər bağçalarda təcrübə keçən pedaqoji heyət tərəfindən həyata keçirilir. Uşaqların dünyagörüşünün inkişafında xüsusi rolu olan teatr səhnəsi yaradılıb ki, burada xüsusi səs və işıq effektləri vardır.

Bağçada gündəlik tibbi nəzarət və pediatr müayinəsi bütün lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi həkim otağında həyata keçirilir. Həmçinin, üzgüçülük hovuzu, idman və gimnastika zalı ilə körpələrin sağlam gələcəyi təmin olunur. Hovuzun uzunluğu 12 metr, eni 3 metr 30 santimetrdir. Ön hissəsinin dərinliyi 51 sm, digər hissə isə 55 sm olan hovuz ayda 3 dəfə ozonla təmizlənir. Ayın sonunda isə boşaldılıb yeni su ilə təmin olunur. Hovuz suyunun pH dərəcəsi 7.2-7.6 arasında dəyişir.

Həmçinin, tədris otaqlarından tamamilə kənarda yaradılan yeməkxana müasir standartlara tam cavab verir. Bütün avadanlıqlar Almaniya və İtaliya istehsalıdır. Mətbəxdə isə xüsusi dəvət olunmuş peşəkar aşpaz və əlavə qənnadı otağı var. Bulka, çörək və ad günü üçün tortlar burada bişirilir, kənardan daxil olmur.

Qeyd edək ki, təhlükəsizliyi tam təmin olunan, ekoloji təmiz, sağlam və intellektual mühiti olan "Yaşıl ada" uşaq bağçası şəhərin mərkəzində yerləşir. Elə "Education Management Network" şəbəkəsinə daxil olan bağçanın əsas məqsədi sağlam və təhlükəsiz şəraitdə intellektual gələcək nəsil yetişdirməkdir.

"Yaşıl ada" uşaq bağçası paytaxtın Nəsimi rayonunda Ənvər Hüseynov küçəsi, döngə 7-də yerləşir. Əlaqə nömrələri: 050-500-60-60, 012-530-63-34

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.