Cəmiyyət

Keçmiş MTN generalının vəkili barəsində cinayət işi başlandı

24 May 2016 22:11
0 Şərh     Baxış: 1 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Report"a istinadən bildirir ki,Bakı İstintaq Təcridxanasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevlə görüş zamanı vəkilin üzərinə baxış keçirilərkən mobil telefon aşkarlanıb.

İşlə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ekspertiza təyin edilib. Daha sonra A.Rəsulovun barəsində Cinayət Məcəlləsinin 317-1.2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi, eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, A.Rəsulov 13 saylı hüquq məsləhətxanasının rəhbəridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.