Cəmiyyət

Ana alma soyarkən qızını bıçaqladı

30 Noyabr 2015 00:35
7 Şərh     Baxış: 5 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ana istəmədən qızını bıçaqlayıb.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda baş verib. Rayonun A.Şərifzadə küçəsində yaşayan 1976-cı il təvəllüdlü Təranə Rəfizadə 10 yaşlı qızını ehtiyatsızlıqdan bıçaqlayıb. Belə ki, T.Rəfizadə mətbəxdə bıçaqla alma soyarkən qızı 2005-ci il təvəllüdlü Fatimənin bud nahiyəsindən xəsarət yetirib.

Yaralanan Fatimə 13 saylı poliklinikada tibbi yardım aldıqdan sonra buraxılıb.

Fatimə İshakova

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.