KANAL S/REGİON TV xəbər verir ki, uzun illərdir Qəbələ rayon Şirvan Bulqədirov adına 5 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyən Səfərova Nərminə maraqlı təklif irəli sürüb. Təklif ailə, məktəb və cəmiyyət kitabının çapını nəzərdə tutur. Onun bu təklifi Təhsil Nazirliyinin diqqətini çəkib.
Nazirlik rəsmiləri bu təklifin dəyərləndiriləcəyini bildiriblər. Kitab müasir təlim metodlarından istifadəni əhatə edir. Əgər təklif müsbət qarşılanarsa, kitabın çapı həyata keçiriləcək. Bu kitab sinif mühitində dəyişiklik etməyə, müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə valideynlər arasında qarşılıqlı əlaqələrin yaranmasına imkan yaradacaq. Qeyd edək ki, Nərminə müəllim bir neçə beynəlxalq tədbirin iştirakçısı olub, dəfələrlə böyük arenalarda mühazirə və təkliflərlə çıxış edib, qabaqcıl müəllim adına layiq görülüb.
Milli.Az