Ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar yayılır. Bəzi rəqəmlərdə 14, bəzi rəqəmlərdə isə 16 səslənir.
Milli.Az anspress-ə istinadən bildirir ki, ən son məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlayıb:
"Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş məlum yanğın hadisəsi ilə bağlı bu gün Təcili Tibbi Yardım Xidmətinə 59 müraciət daxil olub. Müraciət əsasında yaralılara ən yüksək səviyyədə yardım göstərilib. Hal-hazırda bu yardım davam etdirilir. Yanğın zamanı xəsarət alanların ümumi sayı 50 nəfər olub.
Yaralılardan yalnız 19 nəfəri müalicəsi davam etdirilir və onların sağlıq durumları isə qənaətbəxşdir. Dünyasını dəyişənlərin sayı isə 14 nəfərdir. Ölənlər arasında ikisi qız, ikisi oğlan olmaqla ümumilikdə 4 azyaşlı var.
Hazırda vəziyyət tam nəzarət altındadır. Yanğın baş verən an nazirliyin rəsmi nümayəndələri hadisə yerində və xəstəxanalarda olublar. Onlar xəstələrin vəziyyəti ilə yaxından tanış olaraq müvafiq tapşırıqlar veriblər".
Milli.Az





