Cəmiyyət

Qarabağ əlili şirkətə qalib gəldi

27 Aprel 2015 13:26
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilinin əvvəlki işinə bərpa olunmasını təmin edib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, II qrup Qarabağ müharibəsi əlili Bayramov Elxan Adığözəl oğlunun "Atena" MMC-də işlədiyi halda qeyri-qanuni olaraq işdən azad edilməsi ilə bağlı şikayət xarakterli müraciəti ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən obyektiv şəkildə araşdırılıb. Araşdırma nəticəsində E.Bayramovla bağlanmış əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi müəyyən olunub. Xidmət tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun tədbir görülməklə II qrup Qarabağ müharibəsi əlilinın yenidən "Atena" MMC-də əvvəlki işinə bərpa olunması təmin edilib.

Qeyd edək ki, indiyə qədər DƏMX-yə bir neçə dəfə bu kateqoriyadan olan şəxslər tərəfindən işdən qeyri-qanuni çıxarılma ilə bağlı müraciətlər daxil olub və bu müraciətlərə dərhal reaksiya verilib.

ƏƏSMN işəgötürənlərə sosial cəhətdən həssas əhali qruplarına, xüsusən də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlara və şəhid ailəsi üzvlərinə daim diqqət və həssaslıqla yanaşmağı tövsiyə edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.