Cəmiyyət

Bakıda biabırçılıq: azərbaycanlılara giriş qadağandır

1 Mart 2015 19:25
21 Şərh     Baxış: 13 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Bakının mərkəzində - Tolstoy küçəsində yerləşən "Refresh" adlı "Pub-Kafe"yə azərbaycanlılar buraxılmır

Milli.Az xəbər verir ki, bu barədə jurnalist Pərviz Əzimov Facebook profilində məlumat verib.

O yazıb: "Şəhərdə "Refresh" adlı bir pub var. Dəfələrlə eşitmişdim ki, bu pub-a azərbaycanlıları buraxmırlar. Bu yaxınlarda tam dəqiqləşdirdim. Sən demə, dəqiq belə imiş. Kimliyindən, gender bərabərliyindən asılı olmayaraq azərbaycanlıları bu pub-a buraxılmır. Dress code olanda anlamaq olur ki, adamlar səviyyəni qorumaq istəyirlər. Ancaq ümumi olaraq azərbaycanlıların (lap başqa millət olsun) Bakıda bir pub-a buraxılmaması rasizmdir. Bir toplumun aşağılanmasıdır.

İkincisi, bu yazdığım vətənpərvərlik filan feyil, amma gəlin düşünək ki, Praqada bir pub var və çexlər ora buraxılmır və ya Berlində almanlar pub-a buraxılmır. Bunu düşünə bilirsiniz? Rəsmən biabrçılıqdır. Ən azından ictimai qınaq yaratmaq lazımdır. Mən ora heç getməmişəm, getmək fikrində də deyiləm. Ancaq yenə də özümü alçaldılmış hesab edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.