Cəmiyyət

Bu günün hava proqnozu

22 Oktyabr 2014 00:05
1 Şərh     Baxış: 2 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Gündüz cənub küləyi 9-14 m/s, arabir 16-18 m/s olacaq.

Temperaturun gecə 8-13° isti, gündüz 16-21° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə və axşam 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.

Qərb küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 3-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Qərb küləyi 5-10 m/s olacaq, gündüz arabir güclənəcək.

Temperaturun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Qərb küləyi 5-10 m/s olacaq, gündüz arabir güclənəcək.

Temperaturun gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Qərb küləyi 5-10 m/s olacaq, gündüz arabir güclənəcək.

Temperaturun gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Qərb küləyi 5-10 m/s olacaq, gündüz arabir güclənəcək.

Temperaturun gecə 6-11° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s olacaq, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Temperatur gecə 9-12° isti, gündüz 14-19° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.