Cəmiyyət

İsmayıllıda körpünün əsaslı təmiri oktyabrda bitəcək - FOTO

16 Sentyabr 2014 12:41
0 Şərh     Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsmayıllı rayonunda İstisuçay üzərindəki körpüdə görülən əsaslı təmir işləri oktyabr ayında başa çatacaq.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Qaraməryəm-İsmayıllı-Şəki(46km)-Sumagallı-Qalacıq avtomobil yolunun 8-ci km-də İstisuçay üzərində yerləşən kiçik körpüdə cari təmir işlərinin aparılmasına baxmayaraq, təbii hadisələr nəticəsində tamamilə yararsız hala düşüb.

P.Mürsəliyev qeyd edib ki, keçən əsrin 60-70-ci illərində inşa olunan körpü sel-sularının təsirindən dağılıb, çayın məcrası genişlənərək ətraf sahələrə də təhlükə yaradıb. Yaz-yay aylarında çayda su çoxaldıqca kəndlərin rayon mərkəzi ilə əlaqəsi, demək olar ki, kəsilir. Bütün bunları nəzərə alaraq, 2014-ci ilin yanvar ayından körpüdə əsaslı təmir işlərinə başlanılıb: "Artıq körpüdə işlər başa çatdırılıb. Uzunluğu 57 m, qabariti 8 m olan körpü 3 aşırımlıdır. Hazırda körpüdə su nizamlayıcı qurğuların tikintisi işləri gedir. İşlərin cari ilin oktyabr ayı ərzində tamamilə yekunlaşması planlaşdırılır".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.